...

İstanbul güclü qasırğaya hazırlaşır

Dünya xəbərləri Materials 18 Noyabr 2023 23:08 (UTC +04:00)
İstanbul güclü qasırğaya hazırlaşır

Bakı. Trend:

Bazar günü İstanbulda sürəti saatda 110 kilometrə çatan qasırğa proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu İstanbulun qubernatoru Davud Gül deyib.

"İstanbulda yağıntılar bazar günü də davam edəcək. Külək şəhərin şimal və şimal-qərb hissələrində güclənəcək, sürəti saatda 90-110 kilometrə çatan qasırğa gözlənilir", - o qeyd edib.

İstanbulun meri Əkrəm İmamoğlu bildirib ki, əlverişsiz hava şəraitinin yaratdığı fövqəladə vəziyyətlə bağlı şəhər rəhbərliyi lazımi tədbirlər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti