...

Braziliyada anomal istilər hökm sürür

Dünya xəbərləri Materials 21 Noyabr 2023 16:36 (UTC +04:00)
Braziliyada anomal istilər hökm sürür
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın bəzi regionlarında anomal istilər hökm sürür.

Trend xəbər verir ki, ölkənin bir çox şəhərində havanın hərarəti 44 dərəcədən yuxarı qalxıb.

Məlumata görə, noyabrın 19-da Arasuai şəhərində termometrlər müsbət 44,8 dərəcəni göstərib. Sonuncu dəfə 2005-ci ildə burada 44,7 dərəcəlik rekord istilər müşahidə edilmişdi.

Qeyd edək ki, anomal istilərə görə Braziliyanın 3 min şəhərində qırmızı təhlükə səviyyəsi elan olunub. Rio-de-Janeyroda havanın hərarəti 42,5 dərəcəyə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti