...

Hakan Fidan iranlı həmkarı ilə Qəzzadakı son vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 26 Noyabr 2023 00:27 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan və İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Trend xəbər verir ki, Fidan iki ölkənin yüksək vəzifəli şəxsləri arasında məsləhətləşmələrin və görüşlərin davam etdirilməsinin əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Abdullahian İran və Türkiyənin digər müsəlman ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti