...

Moskvada yollarda hərəkət çətinləşib

Dünya xəbərləri Materials 27 Noyabr 2023 12:19 (UTC +04:00)
Moskvada yollarda hərəkət çətinləşib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada əlverişsiz hava ilə əlaqədar olaraq yollarda hərəkət çətinləşib.

Trend xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti məlumat yayıb.

Məlumata görə, yolların bəzi hissələrində yük maşınları hərəkət edə bilmir.

Bundan başqa, şəhərin kommunal xidmətləri gücləndirilmiş rejimdə çalışdığı qeyd olunub. Əhaliyə avtomobillərlə səfərləri təxirə salmaları tövsiyə olunub.

Həmçinin, hava şəraiti ilə əlaədar olaraq tramvaylarda gecikmələrin olduğu deyilir.

Xatırladaq ki, 24-25 noyabr tarixlərində Moskvada yağan güclü qar səbəbindən hava limanlarında bir sıra ucuş reysləri də təxirə salınmışdı.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti