...

Türkiyə ilə ticarət sahəsində əməkdaşlıq edəcəyik - Yunanıstan XİN

Dünya xəbərləri Materials 29 Noyabr 2023 17:12 (UTC +04:00)
Türkiyə ilə ticarət sahəsində əməkdaşlıq edəcəyik - Yunanıstan XİN

Bakı. Trend:

Türkiyə və Yunanıstan ticarət sahəsində əməkdaşlıq edəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Yunanıstan xarici işlər naziri Giorgos Yerapetritis deyib.

"Yaxın gələcəkdə iqtisadiyyat, turizm və mədəniyyət sahələrində müqavilələr imzalamaq üçün siyasi gündəliyimiz var. Düşünürəm ki, problemlərimizin həllində "qazan-qazan" həll yollarına diqqət yetirməliyik. Ona görə də həmkarlarımla sıx işləyirəm", - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib ki, Yunanıstanla qarşıdurmalarımız olub, amma bunlara baxmayaraq, biz əlaqələrimizi genişləndirməyə başlayırıq.

Xəbər lenti

Xəbər lenti