...

Husilər Bab əl-Məndəb boğazında Britaniya gəmisinə hücum edib

Dünya xəbərləri Materials 3 Dekabr 2023 20:05 (UTC +04:00)
Husilər Bab əl-Məndəb boğazında Britaniya gəmisinə hücum edib

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatında olan husi üsyançıları Bab əl-Məndəb boğazında Böyük Britaniya ticarət gəmisinə pilotsuz uçuş aparatlar ilə hücum edib.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, gəmi Britaniya bayrağı altında hərəkət edib, onun heyəti də Böyük Britaniya vətəndaşlarından ibarət idi.

Mənbələrə görə, ABŞ və İsrail hərbi gəmiləri hücumu dəf edib. Kanal hücumun dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti