Bakı. Trend:
Türkiyədə illik inflyasiya noyabr ayında yenidən artaraq 61.98 faiz olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Beləliklə, noyabrda Türkiyədə inflyasiya əvvəlki ayla müqayisədə 3,28 faiz artıb.
Məlumata görə, ötən ilin analoji ayı ilə müqayisədə ən az artım 37,54 faiz olmaqla mənzil qiymətlərində müşahidə olunub. 2022-ci ilin noyabr ayı ilə müqayisədə ən yüksək artım isə 92,86 faiz olmaqla hotel və restoran qiymətlərində qeydə alınıb.