...

ABŞ-ın Milli Aerokosmik Agentliyi Aya eniş edəcəyi tarixi açıqlayıb

Dünya xəbərləri Materials 5 Dekabr 2023 05:32 (UTC +04:00)
ABŞ-ın Milli Aerokosmik Agentliyi Aya eniş edəcəyi tarixi açıqlayıb

Bakı. Trend:

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) yaxın vaxtlarda Aya eniş əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir.

Trend-in məlumatına görə, amerikalı astronavtların 1969-cu ildə Aya ayaq basmasından yarım əsrdən də çox vaxt keçsə də, bu mövzu ilə bağlı ortaya atılan yeni nəzəriyyələrin ardı-arası kəsilmir.

ABŞ-ın səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn ilin yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. “Pereqrin” adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.

“Pereqrin” cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət “Artemis” ekspedisiyanın Aya edəcəyi eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti