Bakı. Trend:
Əbu-Dabinin hakim Əl Nəhyan sülaləsi 2023-cü ildə "Bloomberg" agentliyinin hazırladığı dünyanın ən zəngin ailələri reytinqində birinci yeri tutub.
Trend-in məlumatına görə, sülalənin nümayəndəsindindən biri Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyandır. Məlumata əsasən, Əl Nəhyan sülaləsinin sərvəti 305 milyard dollar dəyərində qiymətləndirilir.
Bildirilib ki, ikinci yeri "Walmart" mağazalar şəbəkəsinin sahibi olan Uolton ailəsi tutub. "Bloomberg" onun sərvətini 259,7 milyard dollar qiymətləndirir. "Hermes" moda evini quran və ona sahib olmaqda davam edən Ermes ailəsi 150,9 milyard dollarla reytinqdə üçüncü yerdədir.
Dördüncü yerdə "Mars" şirkətinin sahibi olan Mars ailəsi qərarlaşıb. Qətərdə hakimiyyətdə olan Əl Tani ailəsi beşinci yeri tutub.