Bakı. Trend:
Roma Papası Fransisk builki Milad təbrikində Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, Papa Fransisk Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını arzulayıb.
Bundan başqa, Roma Papası Ukrayna məsələsinə, o cümlədən Qəzza zolağındakı vəziyyətdən də danışıb. O, israilli girovların azad edilməsinə və atəşkəs elan olunmasına çağırış edib.