...

Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqləyib

Dünya xəbərləri Materials 31 Dekabr 2023 07:25 (UTC +04:00)
Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqləyib.

Trend xəbər verir ki, Avropa İttifaqı Şurası 2024-cü ilin martından etibarən Şengen ölkələri, Rumıniya və Bolqarıstan arasında pasport nəzarətinin ləğvi ilə bağlı rəsmi qərar qəbul edib.

Sənəddə deyilir ki, Aİ Şurası Şengen zonasını Bolqarıstan və Rumıniya hesabına bir qədər də genişləndirmək qərarına gəlib.

Bildirilir ki, yenilik yalnız hava və dəniz nəqliyyatında tətbiq olunacaq, quru keçid məntəqələrində qalacaq. Bu iki ölkə üçün “qismən Şengen”in tətbiqinin Avropa İttifaqı tarixində ilk presedent olduğu vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti