Bakı. Trend:
Nigeriyanın Rivers əyalətinin Andoni bölgəsində sərnişin qayığı çayda batıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı 20 nəfər həyatını itirib. Andoni Regional hakimi Erastus Avortu verdiyi açıqlamada sərnişin qayığının çayda hansı səbəbdən batdığının məlum olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.