...

Keçən il Qırğızıstan Türkiyədən hazır geyim idxalını artırıb

Dünya xəbərləri Materials 11 Yanvar 2024 15:58 (UTC +04:00)
Keçən il Qırğızıstan Türkiyədən hazır geyim idxalını artırıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qırğızıstana hazır geyim məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,9 faiz artıraraq 256,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə Qırğızıstana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 24,4 faiz azaldaraq 16,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti