...

ABŞ ötən il xaricə silah satışını 56 faizə yaxın artırıb

Dünya xəbərləri Materials 30 Yanvar 2024 03:02 (UTC +04:00)
ABŞ ötən il xaricə silah satışını 56 faizə yaxın artırıb

Bakı. Trend:

Ötən il ABŞ Ukraynaya yardım da daxil olmaqla xaricə silah satışını 80,9 milyard dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, bu da 2022-ci maliyyə ilindəki 51,9 milyard dollarlıq satışla müqayisədə 55,9 faiz artım deməkdir.

Departamentin aydınlaşdırıb ki, ümumi rəqəmə ABŞ müttəfiqləri və tərəfdaşları tərəfindən maliyyələşdirilən 62,25 milyard dollarlıq silah satışı daxildir. Hərbi texnikanın qalan hissəsi müxtəlif proqramlar çərçivəsində köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti