Bakı. Trend:
Türkiyənin İzmir şəhərində balıqçı qayığı batıb.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Dikili rayonunda baş verən hadisə zamanı qayıqda olan 10 nəfərdən 3-ü ölüb, 5-i yaralanıb. İtkin düşən 2 nəfərin isə axtarışları davam edir.
Axtarışlara helikopter də cəlb olunub.