...

Bayden İraq və Suriyaya zərbələrin endirilməsini təsdiqlədi

Dünya xəbərləri Materials 3 Fevral 2024 11:54 (UTC +04:00)
Bayden İraq və Suriyaya zərbələrin endirilməsini təsdiqlədi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ağ Ev İraq və Suriyada SEPAH və onlarla əlaqəli qrupların obyektlərinə zərbələrin endirilməsini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.

Bəyanatda Bayden onun göstərişi ilə İraq və Suriyada SEPAH və onlarla əlaqəli qrupların obyektlərinə zərbələrin endirilməsini təsdiqləyib.

Bununla yanaşı, Bayden ABŞ-nin Yaxın Şərqdə və ya hər hansı başqa yerdə münaqişəyə can atmadığını deyib.

"ABŞ Yaxın Şərqdə və ya hər hansı başqa yerdə münaqişəyə can atmır. Lakin bizə zərər vermək niyyətində olanlar bilsin ki, siz amerikalıya zərər versəniz, biz sizə cavab verəcəyik", - Baydenin bəyanatında deyilir.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

“ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib” – deyə CENTCOM-un saytında dərc olunan məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti