Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşüb.
Trend xəbər verir ki, Zelenski və Qrossi Zaporojye AES-də mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Zelenski vurğulayıb ki, Zaporojye AES-də nüvə insidentinin qarşısını almağın yeganə yolu onun tamamilə silahsızlaşdırılması və stansiyaya nəzarətin Ukrayna tərəfindən bərpa olunmasıdır.