...

ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirildi

Dünya xəbərləri Materials 12 Fevral 2024 02:10 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder məlumat verib.

Ostin sidik kisəsi ilə bağlı problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ostinin xəstəxanaya yerləşdirilməsi barədə müdafiə nazirinin müavini Ketlin Hiksə, həmçinin Ağ Evə və Konqresə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti