...

İlon Mask ABŞ hakimiyyətini senzurada ittiham edib

Dünya xəbərləri Materials 17 Fevral 2024 05:14 (UTC +04:00)
İlon Mask ABŞ hakimiyyətini senzurada ittiham edib

Bakı. Trend:

Amerika vətəndaşları ABŞ-da hökumət senzurasının gücünü uzaqdan belə başa düşmürlər.

Trend-in məlumatına görə, bu barədə Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində yazıb.

"Cəmiyyət hələ də senzura dövlət-sənaye kompleksinin gücünün cüzi bir hissəsini belə dərk etmir. Proqnozlaşdırıldığı kimi, bu platformada ("X") senzura qaldırıldıqdan sonra şirkətlərim və mən davamlı hücuma məruz qaldıq. Məni dayandırmaq üçün nə qədər gedəcəklər?," - deyə o bildirib.

Belə ki, milyarder ABŞ-da “söz azadlığına və siyasi təqiblərdən azad olmasına” görə yaşamaqdan şad olduğunu yazan amerikalı sahibkar Devid Saksının paylaşımı şərh edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti