...

Yapon dənizində sualtı qayıqlara qarşı təlimlər keçirilib

Dünya xəbərləri Materials 20 Fevral 2024 08:27 (UTC +04:00)
Yapon dənizində sualtı qayıqlara qarşı təlimlər keçirilib

Bakı. Trend:

Sakit Okean Donanmasının Hərbi Dəniz Aviasiyasının "İl-38N" sualtı əleyhinə təyyarəsinin ekipajları Yapon dənizində yaxın dəniz zonasında sualtı qayıq əleyhinə təlimlər keçirib.

Trend-in məlumatına görə, bu barədə Donmanın mətbuat xidməti bildirib.

"Saxta düşmən sualtı qayığı kimi Sakit Okean Donanmasının "Maqadan" dizel-elektrik sualtı qayığı təyin olunub", - deyə qeyd olunub.

İki "İl-38N" təyyarəsi radar və hidroakustik avadanlıqların kompleks istifadəsi ilə müəyyən bir ərazidə hərəkət edən sualtı obyektin qrup axtarışını həyata keçirdi. Aşkar edildikdən sonra anti-sualtı təyyarələrin ekipajları "düşmən" sualtı qayığını izləməyini məşq ediblər.

"Maqadan" sualtı qayığının ekipajı, öz növbəsində, təyyarələrin təqibindən yayınmaq üçün taktiki üsullardan istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti