...

Rusiyanın təklifi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclası təxirə salındı

Dünya xəbərləri Materials 20 Fevral 2024 10:49 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının Rusiyanın təklifi ilə çağırılan qeyri-rəsmi iclasının tarixi fevralın 20-dən qeyri-müəyyən tarixə keçirilib.

Trend xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

"BMT Təhlükəsizlik Şurasının qrafikindəki dəyişiklikləri nəzərə alaraq, bu iclas gələcək bildirişə qədər təxirə salınıb", - məlumatda deyilir.

Qeyd edək ki, sözügedən iclasda terrorizmlə mübarizə ilə bağlı tədbirlərin müzakirəsi planlaşdırılırdı.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti