...

İsrail Əl-Əqsa məscidində namaz qılmağa icazə verəcək

Dünya xəbərləri Materials 20 Fevral 2024 11:52 (UTC +04:00)
İsrail Əl-Əqsa məscidində namaz qılmağa icazə verəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin hakimiyyət orqanları fələstinli müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa icazə verəcək, lakin bu müəyyən qayda və giriş meyarları ilə tənzimlənəcək.

Trend xəbər verir ki, İsrail baş nazirinin müşaviri Dmitri Qendelman bu barədə özünün sosial media hesabında bildirib.

Onun sözlərinə görə, Əl-Əqsa məscidinə giriş proseduru və meyarları yaxın günlərdə Yəhudi dövlətinin polisi tərəfindən açıqlanacaq.

Fevralın 18-də xarici medianın İsrail hökumətindəki mənbəyə istinadla dərc etdiyi məlumata görə, hakimiyyət orqanları Ramazan ayında İordan çayının qərb sahilindən Əl-Əqsa məscidinin yerləşdiyi Məbəd dağına fələstinlilərin girişini 15 min nəfərədək məhdudlaşdıracaq. İcazə yalnız yaşı 60-dan yuxarı olan şəxslərə və 10 yaşınadək uşaqlara veriləcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dörd günlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Xəbər lenti

Xəbər lenti