...

Venesuelada mədənin çökməsi nəticəsində 15 nəfər ölüb

Dünya xəbərləri Materials 22 Fevral 2024 05:38 (UTC +04:00)
Venesuelada mədənin çökməsi nəticəsində 15 nəfər ölüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelanın cənubunda qeyri-qanuni mədənin çökməsi nəticəsində azı 15 nəfər ölüb, 11 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə “France-Presse” (AFP) məlumat yayıb.

Bolivar əyalətinin mülki təhlükəsizlik naziri bildirib ki, hadisə nəticəsindəiki nəfər həlak olub, iki nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Rəsmi həmçinin “vəziyyətin real qiymətləndirilməsi” üçün xilasetmə qruplarının hadisə yerinə göndərildiyini açıqlayıb. Hadisə vaxtı mədəndə 200-ə yaxın adam olub.

Öz növbəsində, CNN Espanol telekanalı xəbər verir ki, şaxtanın çökməsi nəticəsində 30 nəfər həlak olub, daha 100 nəfər dağıntılar altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti