...

Qazaxıstan Azərbaycan üzərindən Türkiyəyə yükdaşıma müddətini azaldır

Dünya xəbərləri Materials 22 Fevral 2024 08:32 (UTC +04:00)
Qazaxıstan Azərbaycan üzərindən Türkiyəyə yükdaşıma müddətini azaldır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Parlamentinin Məclisi Türkiyə ilə Azərbaycan ərazisindən yükdaşıma müddətinin azaldılmasına dair sazişi ratifikasiya edib.

Trend xəbər verir ki, sənəd Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi limanları və “Qərbi Avropa-Qərbi Çin” beynəlxalq tranzit dəhlizindən istifadə etməklə) yük axınının artırılmasına və müvafiq olaraq Qazaxıstan və Türkiyə arasında ticarət dövriyyəsinin yaxşılaşdırılmasına yönəlib.

Müqavilənin ratifikasiyası malların tranzit müddətinin 5 günə qədər azaldılmasına kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti