...

NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb

Dünya xəbərləri Materials 24 Fevral 2024 15:04 (UTC +04:00)
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının "Odissey" kosmik gəmisi Ayda yanı üstə aşıb.

Trend xəbər verir ki, bu barədə “İntuitive Machines” şirkətinin Baş İcraçı Direktoru (CEO) Stiv Altemus mətbuata açıqlama verib.

O qeyd edib ki, Aya yüksək sürətlə enən kosmik gəminin ayaqlarının birində problem yaranıb.

S.Altemus kosmik gəminin yanı üstə aşsa da çoxlu əməliyyat qabiliyyətinə malik olduğunu deyib.

Xatırladaq ki, şirkət Odisseyin Aya uğurla və şaquli şəkildə eniş etdiyini açıqlamışdı.

“Odissey” 2024-cü il fevralın 15-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX” tərəfindən istehsal olunan “Falcon 9” raketi ilə kosmosa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti