...

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük məsələsinə baxacaq

Dünya xəbərləri Materials 26 Fevral 2024 08:00 (UTC +04:00)

Bakı. Trend:

Macarıstan parlamentinin bu gün İsveçin NATO-ya daxil olmasının ratifikasiyasına səs verəcəyi gözlənilir.

Trend xəbər verir ki, bunu hakim FIDES partiyasının parlament fraksiyasının lideri Mate Koçsis deyib.

Bildirib ki, fevralın 26-da keçiriləcək sessiyanın gündəliyinə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə daxildir. O əlavə edib ki, FIDES İsveçin tələbini dəstəkləməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti