...

Berdiməhəmmədov Ərdoğana “Türkmənistanın fəxri ağsaqqalı” adını verdi

Dünya xəbərləri Materials 26 Fevral 2024 12:53 (UTC +04:00)
Berdiməhəmmədov Ərdoğana “Türkmənistanın fəxri ağsaqqalı” adını verdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana "Türkmənistanın fəxri ağsaqqalı" adını verib.

Trend xəbər verir ki, bu barədə Ərdoğanın 70 illiyi münasibətilə Berdiməhəmmədovun Türkiyə prezidentinə ünvanladığı və Türkmənistan KİV-ində dərc olunan təbrik məktubunda deyilir.

Məktubda həmçinin qeyd olunub ki, Türkmənistanın xarici siyasətinin mühüm istiqamətlərindən birini Türkiyə ilə müxtəlif istiqamətlərdə strateji və uzunmüddətli əlaqələrin davamlı inkişafı və möhkəmləndirilməsi təşkil edir.

Berdiməhəmmədov Türkmənistan-Türkiyə münasibətlərinin inkişafındakı töhfəsinə görə Ərdoğana "Hormatly il a ulusy" ("Türkmənistanın fəxri ağsaqqalı") fəxri adını verdiyini qeyd edib.

İki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurlu əməkdaşlığını vurğulayan Türkmənistan prezidenti həmçinin, Türkmənistan və Türkiyə arasında artan əmtəə dövriyyəsinə diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə Türkmənistanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti