...

"Apple" öz elektrik avtomobilinin hazırlanmasını dayandırır

Dünya xəbərləri Materials 28 Fevral 2024 02:56 (UTC +04:00)
"Apple" öz elektrik avtomobilinin hazırlanmasını dayandırır

Bakı. Trend:

ABŞ-ın "Apple" şirkəti öz elektromobilini yaratmaq fikrindən imtina etmək, bu istiqamətdə bütün işləri ixtisar etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, şirkət diqqətini süni intellekt texnologiyalarının inkişafına yönəldəcək.

Bildirilib ki, 10 ilə yaxındır üzərində işləri davam edən layihənin bağlanması barədə qərar çərşənbə axşamı şirkət daxilində bu sahədə çalışan 2 min işçi tərəfindən elan edilib.

Agentlik qeyd edib ki, elektrik avtomobilinin yaradılması üzərində işləyən "Special Projects Group"un bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək. Bu sahə şirkətdə getdikcə daha çox prioritet istiqamətə çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti