...

Avropada sığınacaq almaq üçün 1,14 milyon insan müraciət edib

Dünya xəbərləri Materials 28 Fevral 2024 20:52 (UTC +04:00)
Avropada sığınacaq almaq üçün 1,14 milyon insan müraciət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına üzv 27 dövlətin, həmçinin Norveç və İsveçrənin təqdim etdiyi hesabata görə, 2023-cü ildə bu ölkələrə beynəlxalq müdafiə üçün 1,14 milyon insan müraciət edib ki, bu da son yeddi ilin ən yüksək göstəricisidir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının sığınacaq agentliyinin məlumatına görə, müraciətlərin sayı 2022-ci illə müqayisədə 18 faiz artıb və 2015-2016-cı illərdəki böhrana yaxın səviyyəyə çatıb.

Hesabatda müraciətlərin ən çox suriyalılar tərəfindən edildiyi bildirilir. Onların sayı 2022-ci illə müqayisədə 38 faiz artıb. Siyahıda ikinci yerdə əfqanıstanlılar qərarlaşıb.

Məlumatda, həmçinin 2023-cü ildə Avropa İttifaqına sığınmaq istəyən fələstinlilərin sayının öncəki illə müqayisədə təxminən 65 faiz artaraq 11 min 600 nəfərə çatdığı qeyd olunur. 334 min müvafiq müraciətin qeydə alındığı Almaniya Avropa İttifaqı üzvləri arasında sığınacaq axtaranların ən çox müraciət etdiyi ölkə olub.

Xəbər lenti

Xəbər lenti