...

Emir Kusturitsa Dostoyevskinin iki romanını bir filmdə birləşdirəcək

Dünya xəbərləri Materials 6 Mart 2024 05:53 (UTC +04:00)
Emir Kusturitsa Dostoyevskinin iki romanını bir filmdə birləşdirəcək

Bakı. Trend:

Serb rejissoru Emir Kusturitsa eyni vaxtda Fyodor Dostoyevskinin iki romanını – “İdiot” və “Cinayət və cəza” əsərlərini ekranlaşdıracaq.

Trend-in məlumatına görə, filmin çəkilişlərinin Sankt-Peterburq və Serbiyada aparılması planlaşdırılır.

E.Kusturitsanın bildirdiyinə görə, ekran əsəri “Cəzasız cinayət” adlanacaq. Rejissor öz işində Dostoyevskinin hər iki əsərini bir süjetə birləşdirməyə çalışacaq.

2023-cü ilin payızında rejissor rus dilində film çəkmək niyyətini açıqlayıb. “Cinayət və cəza” romanının müasir uyğunlaşması ilk belə ekran əsəri olacaq. Bu romanlardan sonra E.Kusturitsa Yevgeni Vodolazkinin “Şöhrət” (“Lavr”) əsərini ekranlaşdırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti