...

"SpaceX" şirkətinin raketi Avropa rabitə peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 31 Mart 2024 04:21 (UTC +04:00)
"SpaceX" şirkətinin raketi Avropa rabitə peykini orbitə çıxarıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Falcon 9" raketi Fransanın "Eutelsat 36D" telekommunikasiya peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə daşıyıcını hazırlayan "SpaceX" şirkəti bildirib.

"Orbitə buraxılış təsdiqləndi", - deyə qeyd olunub.

Buraxılış şənbə günü Şərq vaxtı ilə saat 17:52-də Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzində 39A start kompleksindən baş tutub. Orbitə buraxıldıqdan təxminən 34 dəqiqə sonra peyk daşıyıcı aparatın ikinci pilləsindən ayrılaraq müstəqil uçuşa başlayıb.

O, Avropa, Rusiya, Yaxın Şərq və Afrika ərazilərini əhatə edən telekommunikasiya xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Cihazın xidmət müddəti 15 il üçün nəzərdə tutulub. O, bu il işləmə müddətini sonuna çatacaq Eutelsat 36B peykini əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti