...

Türkiyədə bələdiyyə seçkilərində səslərin 99 faizdən çoxu hesablanıb (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 1 Aprel 2024 05:37 (UTC +04:00)
Türkiyədə bələdiyyə seçkilərində səslərin 99 faizdən çoxu hesablanıb (YENİLƏNİB-2)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin rəsmi olmayan yekun nəticələri bəlli olub.

Trend-in məlumatına görə, ölkə üzrə sandıqların 99 faizdən çoxu açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sırada qərarlaşıb.

xxx

23:35

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

Trend xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

xxx

21:12

Türkiyədə bələdiyyə seçkiləri çərçivəsində bu gün bəzi seçki məntəqələri üzrə ilkin nəticələr açıqlanıb.

Trend xəbər verir ki, seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% səslə liderdir.

Cümhuriyyət Xalq Partiyası (RP) 32,48 faiz səsələ 2-ci, DEM partiyası 6,74 faiz səslə 3-cü yerdədir.

Səsvermə zamanı seçici fəallığı 74,88 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti