Bakı. Trend:
Türkiyədə servis maşını hərbçiləri daşıyan avtobusla toqquşub, nəticədə 5-i hərbçi olmaqla 16 nəfər yaralanıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Hadisə yerinə çox sayda tibbi personal, polis və xilasetmə əməkdaşları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənəatbəxş olduğu qeyd olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.