...

Aİ Ermənistan üçün təhlükəsizlik mənbəyi ola bilməz - Erməni politoloq

Dünya xəbərləri Materials 6 Aprel 2024 15:00 (UTC +04:00)
Aİ Ermənistan üçün təhlükəsizlik mənbəyi ola bilməz - Erməni politoloq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ermənistan üçün təhlükəsizlik mənbəyi ola bilməz, çünki özü də təhlükəsizlik problemi ilə üzləşir.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan deyib.

"Aİ-nin vəd edə biləcəyi yeganə şey yaxşı "qablaşdırılmış" ümidlərdir", - deyə politoloq əlavə edib.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü keçirilib.

Görüşə həmçinin, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də qatılıb.

Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını vəd ediblər.

Brüssel görüşü çərçivəsində həmçinin Ermənistan və Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust) arasında əməkdaşlıq sazişi imzalanıb. Ermənistan tərəfindən sazişi xarici işlər naziri Ararat Mirzoyan, Aİ tərəfindən ədliyyə məsələləri üzrə komissar Didye Reynders, Aİ-yə sədrlik edən Belçika və Aİ-yə üzv ölkələrin adından isə Belçikanın baş nazir müavini, ədliyyə və Şimal dənizi məsələləri üzrə naziri Pol Van Tixelt imzalayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti