...

Yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 9 Aprel 2024 13:46 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 1 milyard dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 370,7 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 26,7 faiz azdır”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 5,5 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti