Bakı. Trend:
İranın pilotsuz uçuş aparatlarının İsrailə hücum çox güman ki, bir neçə saat davam edəcək.
Trend-in məlumatına görə, ABŞ MilliTəhlükəsizlik Xidmətinin nümayəndəsi Edrien Uotson deyib.
"İran İsrailə hava hücumu edib. Prezident Baydenin milli təhlükəsizlik komandası vəziyyətlə bağlı müntəzəm olaraq yeniliklər alır və bu gün günortadan sonra Ağ Evdə onlarla görüşəcək. Onun komandası İsrail rəsmiləri, eləcə də digər tərəfdaş və müttəfiqləri ilə daimi əlaqə saxlayır. Bu hücum çox güman ki, bir neçə saat davam edəcək", - deyə bildirilib.
O əlavə edib ki, C.Bayden ABŞ-ın İsrailin təhlükəsizliyinə açıq şəkildə dəstəyini bildirib.
ABŞ İsrail xalqının yanında olacaq və onların İrandan gələn təhdidlərə qarşı müdafiəsini dəstəkləyəcək”, - deyə Ağ Ev bildirib.