...

ABŞ və Avropanın Rusiya ordusu ilə mübarizə üçün kifayət qədər gücü yoxdur - Amerikalı ekspert

Dünya xəbərləri Materials 15 Aprel 2024 10:48 (UTC +04:00)
ABŞ və Avropanın Rusiya ordusu ilə mübarizə üçün kifayət qədər gücü yoxdur - Amerikalı ekspert
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Nə ABŞ, nə də Avropa Rusiyaya qarşı durmaq üçün kifayət qədər hərbi gücə malikdir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyasında müdafiə nazirinin keçmiş müşaviri olmuş, hazırda istefada olan polkovnik Duqlas Makqreqor "X" platformasında yazıb.

"Nə avropalılar, nə də ABŞ Rusiyanın hərbi gücü ilə mübarizə aparmaq üçün quru qüvvələrinə malikdir. Amerikalılar bunu dərk etməlidir", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl amerikalı ekspert ABŞ rəhbərliyinin Ukrayna münaqişəsindəki uğursuzluğunun Avropada balansı pozduğunu və Rusiyanın mövqeyinin möhkəmləndirdiyini vurğulayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti