Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra İraqa rəsmi səfər edib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd edilib ki, R.T. Ərdoğanı Bağdad Beynəlxalq Hava Limanında Baş nazir Məhəmməd Şia əl-Sudani və digər rəsmi şəxslər rəsmi mərasimlə qarşılayıb.
Türkiyə Prezidenti Bağdad və Ərbildə yüksək səviyyəli rəsmilərlə görüşəcək. Səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su məsələləri müzakirə olunacaq. Ərdoğan və Sudani birgə mətbuat konfransı keçirəcək və iki ölkə arasında müqavilələr imzalanacaq.