...

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Dünya xəbərləri Materials 23 Aprel 2024 15:30 (UTC +04:00)
Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın şimal sahillərində La-Manş boğazını keçərək Britaniyaya getməyə cəhd edən azı beş miqrant həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında yelkən açmağa çalışan miqrant qayıqlarının sayı məlum deyil. Hadisə ilə bağlı Vimereux çimərliyində genişmiqyaslı xilasetmə işləri aparılır.

Qeyd edək ki, Fransanın şimalındakı Kale bölgəsi Britaniyaya ən qısa keçid nöqtəsidir. Fransa dəniz səlahiyyətlilərinin açıqlamasına görə, 2023-cü ildə oradan kiçik qayıqlarla təxminən 36 min nəfər qeyri-leqal mühacir keçib.

Xəbər lenti

Xəbər lenti