...

İranda beynəlxalq aeroport uçuşları 5 saatlıq dayandıracaq

Dünya xəbərləri Materials 28 May 2024 13:24 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 3-də İranın Tehran şəhərində yerləşən Beynəlxalq Mehrabad Aeroportu uçuşları 5 saatlıq müddətinə dayandıracaq.

Trend-in məlumatına görə, bunu İranın Mehrabad aeroportunun icra direktoru İbrahim Moradi deyib.

Onun sözlərinə görə, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar yerli vaxtla 08:00-13:00 aralığında Mehrabad hava limanından uçuşların həyata keçirilməsi qadağandır.

Moradi bununla əlaqədar bütün hava yolları şirkətlərinə məlumat verildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni 1989-cu il 3 iyunda vəfat edib.

Xəbər lenti

Xəbər lenti