...

Qərb Ermənistanı Aİ-yə dəvət etmək fikrində deyil - Medvedev

Dünya xəbərləri Materials 14 İyun 2024 21:17 (UTC +04:00)
Qərb Ermənistanı Aİ-yə dəvət etmək fikrində deyil - Medvedev
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində deyil, heç Ukrayna da yaxın gələcəkdə bunu görməyəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Rosiyskaya Qazeta"da dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan arasındakı dostluq çoxdandır ki, Vaşinqton və onun müttəfiqlərinin "gözünə batır". ABŞ, Aİ və NATO-nun emissarları tez-tez Ermənistanda qonaq olur və boş vədlər verirlər. Qərb Ermənistanın Aİ-yə üzvlüyünü isə tam loyallıq müqabilində təklif edir.

"Lakin aldanmağa dəyməz: bu cür vədlər sadəcə neokolonial "siçan tələsində" yemdir. Heç kim "seçilmişlər klubu"nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil", - Medvedev qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti