...

Ermənistan Belarusa nota göndərib

Dünya xəbərləri Materials 14 İyun 2024 16:32 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Xarici İşlər Nazirliyi Belarusa etiraz notası göndərib.

Trend xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Onun sözlərinə görə, bu Belarus XİN-in mətbuat katibinin açıqlaması və ölkənin daxili işlərinə müdaxilə ilə əlaqəlidir.

Qeyd edək ki, iyunun 13-də Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz Belarusun Ermənistanla münasibətləri pisləşdirmək istəmədiyini deyib.

"Xarici oyunçular Ermənistan rəhbərliyini Belarusla münasibətləri pisləşdirməyə nə qədər təhrik etsə də, Minsk İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyil", - o deyib.

Həmçinin qeyd edək ki, Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün çağırdıqdan sonra Minsk də İrəvandakı səfirini çağırıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti