Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inn arasında təkbətək danışıqlar başa çatıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, iki dövlətin liderləri Pxenyanda iki saata yaxın təkbətək danışıqlar aparıb.
Məlumata görə, dövlət başçılarının bu formatda ünsiyyəti üçün əvvəlcə bir saata yaxın vaxt ayrılsa da, lakin sonradan danışıqların vaxtı bir saat da uzanıb.
Daha sonra Putinlə Kim Çen Inn Rusiya Federasiyası və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalayıblar.