...

Rusiya Qafanda Baş konsulluq açmağı planlaşdırır

Dünya xəbərləri Materials 20 İyun 2024 11:44 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya yaxın vaxtda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırır.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.

Onun sözlərinə görə, Ermənistanla yanaşı, Maldivdə də Baş konsulluğun açılmasına qərar verilib.

"Hazırda İndoneziyanın Bali adasında da analoji statusda diplomatik nümayəndəliyin fəaliyyətə başlaması üçün işlər aparılır. Bu məqsədlə son dərəcə nəhəng təşkilati-texniki işlər aparılır”, - nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət bundan öncə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin sərəncam imzalayaraq Rusiyanın Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti