...

Türkiyə İraqda şəhid verib - Üç terrorçu öldürülüb

Dünya xəbərləri Materials 21 İyun 2024 20:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub. Əməliyyat zamanı üç terrorçu öldürülüb.

Nazirlikdən verilən məlumata görə, bölgədə əməliyyatlar davam edir.

Xəbər lenti

Xəbər lenti