...

Türkiyənin Ambarlı limanı 8 milyon tona yaxın yük qəbul edib

Dünya xəbərləri Materials 27 İyun 2024 12:12 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Ambarlı limanı 7 milyon 549 min 387 ton yük qəbul edib.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ambarlı limanından Türkiyə bayrağı altında üzən bir milyon 257 min 82 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 6 milyon 292 min 305 ton yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Ambarlı limanından 4 milyon 89 min 122 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin may ayında Türkiyə limanları 34 milyon 717 min 959 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 309 min 446 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 32 milyon 408 min 513 ton olub.

Bununla yanaşı, 2024-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 524 min 847 ton tranzit yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 171 milyon 891 min 161 ton yük qəbul edib.

Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 12 milyon 375 min 982 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 159 milyon 515 min 179 ton təşkil edib

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 463 min 544 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 272, Türkiyə bayrağı altında olan gəmilər isə 7 min 498 olub.

Xəbər lenti

Xəbər lenti