...

Zakani də prezidentliyə namizədliyini geri götürdü

Dünya xəbərləri Materials 27 İyun 2024 12:54 (UTC +04:00)
Zakani də prezidentliyə namizədliyini geri götürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranda 28 iyunda keçiriləcək növbədənkənar prezident seçkilərində “Mühafizəkarlar” düşərgəsinin daha bir namizədi Əlirza Zakani namizədliyini geri götürüb.

Trend-in məlumatına görə, bu barədə Zakani özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Zakani bildirib ki, seçki rəqabətinin qanuni vaxtının sonunadək rəqabət aparıb. Lakin İranın mərhum prezidenti İbrahim Rəisinin yolunu davam etdirmək daha önəmlidir.

Zakani “Mühafizəkarlar” düşərgəsinin iki namizədi Səid Cəlili və Məhəmməd Baqir Qalibafı birləşməyə və “İslahatçılar” düşərgəsinin seçkilərdə qalib gəlməsinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, bundan öncə də “Mühafizəkarlar” düşərgəsinin prezidentliyə namizədi Əmir Hüseyn Qazizadə Haşemi prezidentliyə namizədliyini geri götürüb.

Sabah keçiriləcək prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Məhəmməd Baqir Qalibaf, Səid Cəlili və Mustafa Purməhəmmədi rəqabət aparacaq.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti