...

Polşada təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 28 İyun 2024 04:14 (UTC +04:00)

Bakı. Trend:

Polşanın paytaxtı Varşava yaxınlığındakı Belava yaşayış məntəqəsində yanğınsöndürən təyyarə qəzaya uğrayıb.

Trend xəbər verir ki, “Dromader” təyyarəsinin sahəyə təcili eniş etməli olduğu güman edilir və manevr nəticəsində o, çevrilib. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Pilot xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti