Bakı. Trend:
ABŞ tezliklə prezident Co Bayden administrasiyası tərəfindən dayandırılan İsrailə silah tədarükünə başlayacaq.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.
Bildirilib ki, İsrailə göndəriləcək silahlar arasında 500 funt çəkisində bombalar var.
Məlumata əsasən, bombalar "göndərilmə mərhələsindədir" və yaxın həftələrdə İsrailə çatacaq.