...

Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Dünya xəbərləri Materials 16 İyul 2024 06:54 (UTC +04:00)
Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyadakı mitinqdə sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq Respublikaçıların Milli Qurultayına gəlib.

Trend-in məlumatına görə, Respublikaçı tərəfdarlarının qarşısına qulağı sarğı ilə çıxıb. O, ictimaiyyətə “ABŞ-ın növbəti prezidenti” kimi təqdim edilib.

D.Tramp tribunada ABŞ-ın vitse-prezidentliyinə namizəd olan Ohayo ştatından olan senator Ceyms Devid Venslə yanaşı oturub. Eks-prezidentin qurultayda əsas çıxışının cümə axşamı, iyulun 18-də olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti